12px13px15px17px
Tarix:12/12/13

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə yeni addımlar atacaq


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə addımlar atacaq.

CERT-in əməkdaşı Tural Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, yaxın zamanda nəinki dövlət qurumlarının, eyni zamanda Azərbaycanın bütün internet perimetrinin qorunmasını təmin etmək məqsədi ilə addımlar atılacaq.

“Bu tədbirlər nəticəsində dövlət qurumları ilə yanaşı, sadə istifadəçilər də bu təhlükəsizlik tədbirlərindən yararlanacaqlar. Ölkəyə daxil olan internet təhlükəsizlik süzgəcindən keçirilməsi və zərərli siqnaturaların aşkar edilməsi istiqamətində işlər aparılacaq və zərərli qoşulmalar aradan qaldırılacaq”,- deyə o bildirib.
T. Məmmədovun sözlərinə əsasən, Azərbaycanda internetin regionlara çıxması təhdidlərin sayının artmasına səbəb olub, çünki regionlarda ilkin mərhələdə istifadəçilər təhlükəsizliyə fikir vermirlər, çox asanlıqla ziyanverici saytlara daxil olmaqla, proqram təminatı almadan onu endirirlər və ziyanvericilərin qurbanına çevrilirlər. Ən çox müdaxilələr Afrika dövlətləri və internetə çıxışı olan, lakin nəzarətdən kənarda olan regionlardan daxil olur, çünki bu regionlarda kompüterləri analiz etməyə imkan olmur.

“Azərbaycanın dövlət qurumlarına daima hücumlar edilir və biz onların qarşısını mütəmadi olaraq alırıq.
Son bir ildə xüsusilə dövlət orqanları üçün ayrılmış serverlərə hücum olsa da, müdaxilə qeydə alınmayıb, lakin kənar serverlərdə yerləşən saytlar hücumlara məruz qalırlar və bundan nəticə çıxarmadıqlarına görə yenidən hücum obyektinə çevrilirlər. Təhdidlər əsasən bayram və dövlət günləri, torpaqlarımızın işğalının ildönümləri günləri artır və biz öncədən buna hazır oluruq, onların qarşısı operativ şəkildə alınır”,- deyə T. Məmmədov bildirib.

Aynur Vəliyeva




Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024