12px13px15px17px
Tarix:13/12/13

Dünya geoməkan informasiyasının açıqlığı vasitəsilə innovativ inzibati xidmətlərin tətbiqinə səylər göstərir

Azərbaycan BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsü (UN-GGİM) istiqamətində aparılan işlərdə yaxından iştirak edir.
 
Qeyd edək ki, sözügedən təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir.
 
Həmin təşəbbüs Üzv Ölkələr arasında, eləcə də Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. Ekspertlər Şurasının və Yüksək Səviyyəli Forumların keçirilmiş bütün iclaslarında ölkəmizi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları təmsil edir.
 
Bu əməkdaşlıq çərçivəsində komitənin Koreya Respublikasının Milli Coğrafi İnformasiya İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi Seul şəhərində “2-ci Yüksək Səviyyəli Coğrafi Məkan Forumu” təşkil edib. Builki Forumun mövzusu “Geoməkan mütəxəssislərinə dəstək üçün tədbirlər və beynəlxalq əməkdaşlıq” olub.
 
Tədbirdə ölkəmizi DTXK-nin rəsmi nümayəndələri təmsil edib. Müxtəlif sənaye sahələrinin konvergensiyası və İKT texnologiyalarının inkişafı ilə yanaşı, geoməkan informasiyası sahəsinin sürətli inkişafını müşahidə etdiyimiz bu dövrdə onun əhəmiyyətini dərk edən bir çox ölkələr geoməkan informasiyasının paylaşması və açıqlığı vasitəsilə innovativ inzibati xidmətlərin tətbiqinə və sənaye inkişafına müxtəlif səylər göstərirlər.
 
Adıçəkilən Yüksək Səviyyəli Forum da məhz bu kontekstdə ənənəvi olaraq keçirilən “SMART GEO EXPO” sərgisi çərçivəsində təşkil olunub. Keçən il təşkil edilən 1-ci forum ilə müqayisədə builki tədbir iştirakçılarının sayı əhəmiyyətli şəkildə artıb və coğrafiyası xeyli genişlənib. Rusiya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Qrenlandiya, Qırğızıstan, Madaqaskar və digər 20-dən artıq ölkənin və BMT, Dünya Bankı və Asiya İnkişaf Bankı kimi nüfuzlu təşkilatların nümayəndələri ilə yanaşı, ölkə təmsilçilərimiz də Forumda təqdimatla çıxış ediblər.
 
SEYMUR




Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020