12px13px15px17px
Tarix:13/12/13

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, CERT-in əməkdaşı Tural Məmmədov bildirib ki, Azərbaycanda və xüsusilə də dövlət işçilərində təhlükəsizlik mədəniyyəti yaradılmalıdır.
 
“Mobil qurğu istifadəçiləri şəxsi və məxfi məlumatlara müdaxilədən, virusa yoluxmadan  ehtiyat etmək məqsədi ilə zəruri olmayan alətləri mobil telefonlarına yazmaqdan çəkinməlidirlər və ya onlardan ehtiyatla istifadə etməlidirlər. Mobil qurğularında işləri ilə bağlı məxfi   məlumatları saxlamamalıdırlar. Artıq bazara mobil antiviruslar təqdim edilib və onlardan hər ehtimala qarşı istifadə etmək lazımdır”,- deyə o qeyd edib.
T. Məmmədov CERT-in fəaliyyətindən bəhs edərək bildirib ki, istənilən ölkədə hazırda təhdidlərin sayı ildən-ilə artır, lakin CERT mütəmadi auditlər keçirir və dövlət qurumlarının saytlarında və şəbəkələrində boşluqlar aşkar edildikdə bunu qurumlara bildirir ki, onlar tədbirlər görsünlər.
 
Aynur Vəliyeva




Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024