12px13px15px17px
Tarix:14/12/13

“Cisco” yaxın 3-5 ildə satış templərinin azalmasını gözləyir


“Cisco Systems” şirkəti inkişaf edən bazarlara malik olan ölkələrdə satışların zəifləməsi fonunda yaxın 3-5 ildə satış həcmlərinin azalmasını proqnozlaşdırır.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hazırda “Cisco” qeyd edilən müddətdə artımın 3-6%-dən çox olmayacağını proqnozlaşdırır, halbuki bir müddət öncə 5-7%-dən söhbət gedirdi.

“Cisco”da qeyd ediblər ki, şirkət iri müştərilər arasında marağın azalmasının şahidi olub. Eyni zamanda bu, Avropa, Asiya və inkişaf edən ölkələrə aiddir. Gələn il analitiklər şirkətin hazırkı baş direktoru Con Çembersin istefasını gözləyirlər. Proqnozlara əsasən, “Cisco”nu gələn il 4%, 2015-ci ildə isə 8% mədaxil gözləyir.

“Cisco”nun satışlarının həcmlərinə təsir göstərən amillərdən biri də ABŞ-ın Milli Təhlükəsizlik Agentliyilə bağlı qalmaqalı qeyd etmək olar. “Cisco Systems”in baş direktoru Con Çembersin sözlərinə əsasən, hazırda sahədə hələ də şəbəkə qurğularının satışında  artım tendensiyaları müşahidə olunur, çünki internet-trafikin həcmləri artır, lakin şirkət Edvard Snoudenlə bağlı qalmaqalla eyni vaxtda 25% templəri azaldıb. Satış həcmlərinin azalması daha çox ABŞ-dan kənarda hiss edilir.

Bu ilin iyun ayında Çinin ingilisdilli qəzeti “Global Times” bildirib ki, Çin hökumətinin “Cisco” şirkətinin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq etdiyi ilə bağlı təkzibedilməz sübutları olduğunu bəyan edib. Bu bəyanatdan sonra “Cisco” şirkəti heç vaxt casusluqla məşğul olmadığı haqda rəsmi məlumat dərc edib.
Buna baxmayaraq Çin hələ də bu məsələni şişirdən nəşrlər yerləşdirməkdə davam edir, çünki ABŞ-da “Huawei” şirkəti haqda analoji ittihamlarla qarşılaşır.


Aynur Vəliyeva
 



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024