12px13px15px17px
Tarix:16/12/13

“Orbital Sciences” Beynəlxalq kosmik stansiyaya kosmik aparatının buraxılışını yubadır

NASA kosmik aqentliyi ilə “Orbital Sciences Corp” şirkəti ilə bağlanılan sazişə əsasən   “Orbital-1” yük kosmik apparatının buraxılışı yubadılacaq.

“ICTnews” xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən,son iş qrafikinə uyğun olaraq “Cygnus” yük kosmik apparatının buraxılması  dekabrın 19-dam tez olmamalıdır.
“Orbital Sciences”ın “Cygnus” yük apparatları  Beynəlxalq kosmik stansiyasının iş fəaliyyətini dəstəkləmək üçün tələb olunan yükləri daşımaq məqsədi ilə buraxılır.

Apparatın orbitə buraxılacağı tarix ilkin mərhələdə sabaha nəzərdə tutlmuşdu, lakin   ötən həftə məlum olub ki, beynəlxalq kosmik stansiyada soyuducu nasoslardan biri sıradan çıxıb. Bu problemi bu həftə ərzində NASA tərəfindən həll etmək planlaşdırılır.

“Cygnus” stansiya istiqamətində dekabrın 19-da buraxıldığı halda dekabrın 22-də onlar birləşəcəklər. “Cygnus”un Beynəlxalq kosmik stansiya ilə birləşməsini “Harmony” birləşdirici modul vasitəsi ilə mümkün olacaq.

Aynur Vəliyeva



Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024