12px13px15px17px
Tarix:16/12/13

“Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq

Cənubi Koreyanın “Samsung” şirkəti 2014-cü ilin əvvəlində büdcəyə uyğun “Galaxy Core Advance” smartfonunu çıxaracaq. Aparat ağ və mavi rənglərdə əlçatan olacaq.

“Samsung Mobile Press” saytı yazır ki, qurğu 4,7 düymlük TFT ekran, ikinüvəli prosessor, 1 QB əməli yaddaş, 8 QB daxili yaddaş və 5 meqapiksellik kamera ilə təchiz edilib. Smartfon “Android 4.2 Jelly Bean” sistemi ilə işləyir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Galaxy Core Advance” smartfonunun qiyməti haqqında hələ ki məlumat verilməyib.

“Sam Mobile” saytı yazır ki, 2014-cü ilin birinci rübündə “Samsung” dörd yeni planşet təqdim edəcək.

Emil Hüseynov
 
 



Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024