12px13px15px17px
Tarix:16/12/13

Azərbaycanda 5 ay ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

 
Azərbaycanda  yaşa görə  əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu cari ilin 5 ayı ərzində 951 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib. 11 dekabr  2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 951 nəfərin 262-si  Bakı şəhərində, 689 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına  bu ilin 11 iyul tarixindən etibarən başlanılıb.
 
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin sözlərinə görə, bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
 
Belə ki, yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 May 2020

27 05 2020