12px13px15px17px
Tarix:17/12/13

“Cisco”: 2014-cü ildə “Əşyalar interneti” inkişaf edəcək


"Cisco" şirkətinin mütəxəssisləri 2014-cü ildə internet şəbəkəsinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Şirkət analitikləri ilk öncə qeyd edirlər ki, "Əşyalar interneti"ni – bir-biri və ya ətrafla əlaqə üçün quraşdırılmış vasitələrlə təchiz edilən fiziki obyektlərin (əşyaların) hesablama şəbəkəsi konsepsiyasını böyük inkişaf gözləyir. Bunlar müxtəlif sensorlar, məişət və tibbi cihazlar, avtomatlaşdırma sistemləri və s. ola bilər.

"Cisco"nun proqnozuna əsasən, 2020-ci ilədək internetə qoşulan qurğuların sayı 50 milyarda çatacaq, "Əşyalar interneti" bazarının həcmi 14,4 trilyon dollar təşkil edəcək. Belə vəziyyətdə "IPv6" protokoluna keçid əhəmiyyət kəsb edəcək. Belə ki, protokoldan istifadə zərurəti "IPv4" məkanında unikal ünvanların sayının sona çatması ilə əlaqədardır. Məsələ ondadır ki, "IPv4" 32 bit tutumlu təxminən 4,3 milyard ünvandan istifadə imkanını təmin edir ki, onun da çox hissəsi artıq istifadə edilir. Bununla yanaşı, "IPv6" daha çox – 2128 ünvanı cəlb etməyə imkan verir.  
 
Bundan başqa, "Cisco"nun proqnozuna görə, 2014-cü ildə real vaxt rejimində rabitə vasitələrinin gələcək inkişafı olacaq. Söhbət brauzerlər və ya nöqtə-nöqtə texnologiyası üzrə onu dəstəkləyən digər əlavələr arasında axınlı məlumatların ötürülməsinin təşkili üçün nəzərdə tutulan "WebRTC" protokolundan gedir.   
"Cisco" həmçinin "ağıllı" ev konsepsiyasını perspektivli hesab edir. Bu konsepsiya bütün ev sistemlərinin, o cümlədən əyləncəli sistemlərin distansiyalı idarəetməsini nəzərdə tutur. Qoşulan cihazlar müxtəlif istehsalçılar tərəfindən hazırlana və "Android", "iOS", "Windows", "Linux" və s. əməliyyat sistemlərindən istifadə edə bilər, - "3DNews www.3dnews.ru" yazır.
 

 
 



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024