12px13px15px17px
Tarix:17/12/13

Azərbaycanın paytaxtında 30 mindən artıq GSM nömrə ilə işləyən smart tipli elektrik sayğacı quraşdırılıb

“Bakıelektrikşəbəkə” ASC indiyə kimi 30 mindən çox GSM nömrə ilə işləyən smart tipli elektrik sayğacı quraşdırıb. Adıçəkilən qurumdan verilən məlumata görə, bunlardan 4 minə qədəri qeyri-əhali istehlakçı qrupuna aid abonentlərdir. Sayğaclar əsasən Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.

SMS sayğacları GSM texnologiyaları əsasında  işləyən  iki tərəfli  informasiya daşıma xüsusiyyətinə malikdir. Bu tip sayğaclar sms vasitəsi ilə idarə edilərək qabaqcadan ödənişli (prepayment) mexanizmə əsasən işləyir və ödəniş informasiyasının sayğaca  uzaqdan yüklənməsini təmin edir. Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsi ilə sayğaca  ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək  SMS vasitəsilə mərkəzə xəbər  verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq  əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş  məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında  operativ tədbir görülməsinə imkan verir.
 
 
Sayğacın sərfiyyatı haqqında məlumat ilkin konfiqurasiyada verilən  şərtə əsasən ayda bir dəfə,  həftədə bir dəfə və ya günün müəyyən  saatları şəklində tənzimlənə bilər. Həmin şərtlər verildikdən sonra sayğac məlumatları mərkəzi sistemə SMS vasitəsilə  müntəzəm olaraq ötürülür. Bu da elektrik şəbəkəsinin ay ərzində abunəçilərə verdiyi elektrik enerjisinin hesabatının aparlımasında şəffaflığı və operativliyi təmin edərək  cari ay ərzində sayğacların bağlı olduğu Transformator Məntəqəsindən (TM) istehlak edilən elektrik enerjisinin dəqiq balansının çıxarılmasına şərait yaradır. Ən ideal balans TM-dən keçən yük ilə sayğaclardan oxunan sərfiyyatın çox az fərqlə çıxarılması ilə təmin olunur.
 
 
Bu tip sayğacların istismarı elektrik enerjisinin ölçülməsində yol verilən neqativ amilləri (sayğaca mudaxilə, sayğacların şuntlanması, sayğacın geriyə fırlanması) texnoloji cəhətdən aradan qaldırmış olur ki, bu da  şəbəkənin işinin tənzimlənməsində  çox böyük rol oynayır. Bununla yanaşı,  Rayon Enerji satışı şöbələrində sayğac göstəricilərini oxumaq və bildiriş təqdim etmək üçün nəzərdə tutulan işlər, müasir texnologiyalar istifadə etməklə  daha mütərəqqi  qaydada həll edilərək insan faktorunun ortadan qaldırılmasına, işlərin yüksək standartlara uyğun qurulmasına və xərclərin 50%-dək azalmasına gətirib çıxarır.
 
 
Eyni zamanda, sayğaca yüklənmiş  sərfiyyat  azaldığı təqdirdə  qabaqcadan abunəçiyə sms vasitəsiylə xəbərdarlıq edilir. Bundan sonra balans yüklənməzsə, abonentin elektrik enerjisi məsafədən sms göndərilərək dayandırılır. Ödəniş təmin edildikdə avtomatik olaraq həmin məbləğ sistemdə öz əksini tapır və dərhal  sistem tərəfindən sms  göndərilərək sayğacın  şəbəkəyə qoşulması təmin edilir. Bu da təbii olaraq əlavə işçi qüvvəsinin azalmasına və  sayğacın gərginlikdən açılması –qoşulması prosesində yaranan vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır.
 
CAHANGİR



Baxış sayı: 3427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024