12px13px15px17px
Tarix:17/12/13

Ukraynada ilk dəfə Davos Kommunikasiya Forumu keçiriləcək

 Gələn ilin martın 14-də Davosda keçirilən əsas forumdan (“World Communication Forum Davos” – “WCF Davos”) bilavasitə sonra Kiyevdə təşkil olunacaq Davos Kommunikasiya Forumuna (“WCF Davos Kyiv”) qeydiyyat başlayıb.
 
Dünya kommunikasiya sahəsində əsas hadisələrdən biri sayılan bu Forum dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək. Ənənəvi “WCF Davos” Forumunda kommunikasiya sahəsini inkişaf etdirən əsas məsələlər müzakirə olunur. Kiyevdə keçiriləcək Forumun təşkilatçısı və media-tərəfdaşı qismində “AGAMA communications” marketinq və media kommunikasiyaları üzrə agentliklər qrupu çıxış edəcək.
 
“Davos Forumundan sonra dərhal Kiyevdə Forum təşkil etmək – strateji həldir. Bu, spikerlərin top-səviyyəsini və hadisənin canlı atmosferini qoruyub saxlayacaq. Bununla yanaşı, regional tədbirlərin iki məsələsi həll olunacaq: Forumun daha tətbiqi xarakteri və milli ekspertizanın qlobal ekspert icmasına inteqrasiya”, - deyə “WCF Davos”un direktoru və kontent-meneceri xanım Yanina Dubeykovskaya bildirib. Ukrayna sessiyası “Biznesdə effektiv kommunikasiyalar. Beynəlxalq və yerli.
 
Trendlər və alətlər 2014” mövzusuna həsr edilib. Tədbir çıxışlar və panel müzakirələri formatında keçiriləcək və əsas diqqət qlobal və mədəniyyətlərarası kommunikasiyaların uyğunlaşdırılmasına yetiriləcək.
 
“WCF Davos” və onun Ukrayna variantı ilk öncə iş adamları, top-menecerlər və dövlət sektorunda çalışan rəhbərlərə yönəldilib ki, onlar kommunikasiyaların strateji əhəmiyyətini dərk edir və ondan yalnız operativ məsələləri həlletmə vasitəsi kimi istifadə etmirlər”, - deyə “WCF Davos Kyiv”in eksklüziv təmsilçisi olan “Peon Talan” PR agentliyinin direktoru xanım İrina Zolotareviç qeyd edib.
Tədbir iştirakçısı formasını bu link vasitəsilə doldurmaq olar: http://www.forumdavos.com/reg_registration/3
 
Forumun plenar panellərində və sessiyalarında iştirak haqqına gəlincə, erkən qeydiyyat (10 dekabr – 25 dekabr 2013-cü il) – 250 avro; standart qeydiyyat (26 dekabr 2013-cü il – 28 fevral 2014-cü il) – 350 avro; gec qeydiyyat: (1 mart – 13 mart 2014-cü il) – 450 avro təşkil edir.
 
Təşkilatçılardan Azərbaycan üçün xüsusi təklif də var. Belə ki, “WCF Davos” (martın 11-12-də Davosda keçiriləcək) və “WCF Davos Kyiv”ə (martın 14-də Kiyevdə keçiriləcək) müştərək bilet, eyni zamanda erkən qeydiyyat (10 dekabr – 25 dekabr 2013-cü il) – 1 050 avro; standart qeydiyyat (26 dekabr 2013-cü il – 28 fevral 2014-cü il) – 1 150 avro tələb olunur. Tədbir, proqram və spikerlər barədə ətraflı məlumatı “WCF Davos Kyiv 2014”-ün meneceri  Svetlana Kisilyovadan (mob.: +38 093 08 546 88 ;e-mail: davoskyiv@pleon.ua) əldə etmək olar.
Tədbir barədə məlumatla “Facebook” və “Twitter” səhifələrində tanış olmaq mümkündür.
 
Qeyd edək ki, “World Communication Forum Davos” (“WCF Davos”) – kommunikasiya sahəsində effektiv həllərin axtarışına dair meydançadır. Bu tədbir 2010-cu ildən etibarən Ümumdünya İqtisadiyyat Forumundan bilavasitə sonra həmin zalda keçirilir. “WCF Davos” hər il kommunikasiya sahəsində 3 mindən artıq mütəxəssisi bir araya gətirir. Foruma hər il 5 qitənin 42 ölkəsinin nümayəndələri qatılır. Forumun Əlaqələndirici Komitəsinin tərkibinə 20 ölkədən 29 mütəxəssis daxildir. “AGAMA communications” isə marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupu olaraq, 2013-cü ilin noyabr ayında təsis edilib və “Atlantic Group” kommunikasiya holdinqinə daxil olan 15 agentliyi birləşdirir.
 
Qrup media-ekspertizanın gücləndirilməsi, kreativin, texnologiyaların və sahibkarlığın inteqrasiyası üçün yaradılıb. Qrupa daxil olan agentliklər müxtəlif miqyaslı inteqrasiya olunmuş layihələr həyata keçirir. “Pleon Talan” – kommunikasiya agentliyi – “Ketchum” şəbəkəsinin Ukraynada eksklüziv təmsilçisi – dünyanın qocaman və iri kommunikasiya şirkətlərindən biridir.
 
“Pleon Talan” – Ümumukrayna Reklam Koalisiyasının reytinqinə əsasən, “İlin marketinq şirkəti 2013” tituluna, Ukraynanın marketinq xidmətlərinin ən effektiv agentliyi və Ukraynanın ən kreativ agentliyi adına layiq görülüb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024