12px13px15px17px
Tarix:17/12/13

“Windows Phone Store” kataloqundakı tətbiqlərin sayı 200 minə çatıb

Əməliyyat sistemi istehsalçısının uğurunun əsas tərkib hissələrindən biri proqram ekosisteminin inkişafıdır. Apple və Google rəqibsiz olur, amma Microsoft təslim olmaq niyyətində deyil.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ABŞ korporasiyasının rəsmi bloqunda yazılıb ki, “Windows Phone Store” kataloqunda proqram təminatının ümumi sayı 200 minə çatıb ki, bu da ötən illə müqayisədə 50 min çoxdur.

Xatırladaq ki, “Windows Phone” (WP) platforması  üçün 100 min rəsmi proqram və oyun üçün təxminən 18 ay vaxt lazım olub. Müqayisə üçün, “Apple App Store” eyni göstəriciyə 16 ay, “Google Play Store” isə 6 ay ərzində nail olub. 2013-cü il may ayının ortalarında “App Store” onlayn-mağazasından yüklənmiş tətbiqlərin sayı 50 milyardı ötüb.

Hər gün istifadəçilər “Windows Phone Store” mağazasında 12 milyon əməliyyat həyata keçirirlər.

Emil Hüseynov
 



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024