12px13px15px17px
Tarix:18/12/13

Növbəti beş ildə ən çox gözlənilən əsas innovativ yeniliklər müəyyənləşib


 "IBM" şirkəti yaxın beş il ərzində ən çox gözlənilən texnoloji innovasiyaların təqdim olunduğu ənənəvi "Beş ildən sonra növbəti beşlik" (Five in Five) siyahısını dərc edib. Bu barədə şirkətin saytında deyilir.
Bu ilin ilk yeniliyi tədris texnologiyalarına aiddir. Bu, şagirdlər üçün fərdi cədvəl tərtib etmək, internet platformaları və "bulud" analitikasının köməyi ilə sınaq imtahanlarının nəticələrini, dərslərdə iştirakı və davranışı izləmək imkanı deməkdir. "big data" ilə iş səhiyyə sahəsinə də aid olacaq. "IBM"-in proqnozuna görə, həkimlər insan DNK-sının xüsusiyyətlərini nəzərə alaraq müalicə variantları təklif edə biləcək.

"Məlumatlar analitikası və "bulud" koqnitiv sistemlərinin genom tədqiqatları ilə yanaşı, inkişafı həkimlərə xərçəng xəstəliyinə düzgün diaqnoz qoymaqda kömək edəcək və milyonlarla xəstə üçün fərdi müalicə planlarının əldə olunmasını mümkün edəcək", - "IBM" nümayəndələri bildirib.

Hazırda onlayn alışlar adi mağazalardakı alışlara nisbətdə daha fəal inkişaf edir, lakin növbəti beş ildə mağazalar populyarlığı geri qaytarmaqla əlavə reallıq texnologiyasının, "bulud" texnologiyasındakı məlumatlar əsasında sürətli çatdırılma və ekspertizanın köməyi ilə hər bir alıcıya fərdi yanaşacaq.
"IBM"-in növbəti beş il üçün daha bir proqnozu istifadəçinin ona etibar olunan qurğusunu qoruyacaq və fərdi məlumatların oğurlanmasının qarşısını almaqla istifadəçinin konteksti, fəallığı və hərəkət xronologiyasını təhlil edəcək fərdi "rəqəmli mühafizə"nin yaradılması ilə bağlıdır.

Nəhayət, insanlar yaşadıqları şəhərdən dəstək gözləyə bilərlər. Belə ki, beş ildən sonra "ağıllı" şəhərlər real vaxt rejimində insanların tələbatını, məşğuliyyətini və hərəkət üsullarını qiymətləndirməyi, resursların paylanmasını adaptasiya etməyi, mobil qurğular və sosial şəbəkələrin köməyi ilə birbaşa əlaqə yaratmağı öyrənəcək.

"IBM" bu innovasiyalar siyahısını hər il dərc edir. Ötən il şirkət bu yeniliklər arasında insanın gündəlik fəaliyyəti prosesindən elektrik enerjisinin alınması, multifaktorlu biometriya, elektronikanın insan beyni ilə əlaqəsi, mobil qurğular vasitəsilə rəqəmli fərqin aradan qaldırılması və informasiyanın vacibliyinin artırılması üçün analitik texnologiyaların optimallaşdırılması kimi trendlərin adlarını açıqlayıb, - "Digit www.digit.ru" yazır.   
 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024