12px13px15px17px
Tarix:18/12/13

Pakistan Azərbaycanla İKT sahəsində daha sıx əməkdaşlıq etmək niyyətindədir

“İki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq çox vacibdir”. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq  Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov ilə  keçirdiyi görüşdə söyləyib.
 
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən S.A.Sadıq, Azərbaycanla Pakistan arasında enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində də qarşılıqlı ticarət potensialının böyüklüyünü vurğulayıb. O, Pakistanın müdafiə sənayesinin inkişaf etdiyini və bu sahədə Azərbaycanla  əməkdaşlığın səmərə verəcəyinə ümidvar olduğunu qeyd edib.
 
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq  xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları  qeyd edərək bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.
 
Görüş zamanı  səfir D.Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni  və humanitar  aspektlərindən söz açıb, rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasətli ölkə kimi tanımadığına görə həmsöhbətinə minnətdarlığını bildirib.
Səfir qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, hər iki parlamentdə dostluq qruplarının fəaliyyətinin təkcə qanunverici orqanlar arasında deyil, həmçinin, xalqlarımız arasında  münasibətlərə müsbət təsir etdiyini bildirərək, ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT üzrə böyük nailiyyətlərinin olduğunu qeyd edib.
 
 
Sonda Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun  Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib.
 
SEYMUR
 
 
 
        
 
 
 



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024