12px13px15px17px
Tarix:18/12/13

“Wi-Fi” operator avadanlığının alışına 8,5 milyard dollar xərclənəcək


Yaxın beş ildə “Wi-Fi” operator avadanlığının alışına ümumilikdə 8,5 milyard dollar xərclənəcək.
2013-2017-ci illər üçün bu cür proqnoz “Infonetics Research” analitik şirkəti tərəfindən hazırlanan və rabitə operatorlarının ictimai yerlərdə internetə simsiz çıxışı təmin etmək üçün istifadə etdikləri “Wi-Fi” avadanlığına həsr olunan tədqiqatda yer alıb.

Şirkətin analitiki Riçard Uebbin sözlərinə görə, “Wi-Fi” çıxış nöqtələri daxil olmaqla bu avadanlığı daha çox mobil şəbəkələrdə yükləməni azaltmağa çalışan mobil rabitə operatorları tətbiq edəcək.

“Infonetics Research”in qiymətləndirməsinə əsasən, 2013-cü ilin birinci rübündə “Wi-Fi” operator avadanlığının satışından əldə olunan mədaxil 338 milyon dollara çatıb ki, bu da ötən ilin yekunları üzrə alınan məbləğin üçdə iki hissəsini təşkil edir.


Mütəxəssislərin fikrincə, hazırda əldə olunan mədaxilin məbləğinə görə bu avadanlığın nəhəng bazarı ABŞ hesab edilir, lakin gələcəkdə üstünlük Asiya-Sakit okean regionuna və EMEA ölkələrinə keçə bilər.

“Wi-Fi” operator avadanlığının aparıcı istehsalçıları arasında analitiklər “Cisco”, “Ericsson”, “Huawei”, Ruckus” və “Alcatel-Lucent” şirkətlərinin adlarını çəkir, - “DailyComm www.dailycomm.ru” yazır. 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024