12px13px15px17px
Tarix:18/12/13

“Elektron hökumət” portalı üzərindən verilmiş arayışların yoxlanılması xidmətindən istifadə qaydaları açıqlanıb (VİDEO)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Portal üzərindən verilmiş arayışların yoxlanılması” elektron xidmətindən istifadə qaydalarını açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, bu xidmət vasitəsilə vətəndaşın istifadə etdiyi istənilən e-xidmət haqqında olan arayışın həqiqiliyini yoxlamaq mümkündür: “Bunun üçün ilk növbədə “www.e-gov.az” Elektron Xidmətlər Portalına daxil olub təqdim olunan e-xidmətlər siyahısından “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətini seçmək lazımdır. Avtomatik olaraq “Portal üzərindən verilmiş arayışların yoxlanılması” forması açılacaq.

Açılan formanın içində vətəndaş tərəfindən nə vaxtsa istifadə edilmiş elektron xidmətin PDF formatında yadda saxlanılan və yaxud çap olunan mətndə ştrix kodu “Faylın seriya nömrəsini daxil edin” sətrinə daxil edilməlidir.

Sonra həmin formanın içində olan “Yüklə” düyməsindən istifadə edilir. Daxil edilmiş PDF formatında olan arayışın kodu əsasında istifadə edilmiş elektron xidmətin arayışının təsdiqi kimi formanın altında olan sətrin aşağı sol küncündə PDF formatında olan fayl avtomatik əks olunacaq. Həmin fayl mütləq açılmalıdır. Bunun üçün kursoru faylın üzərinə yerləşdirib xüsusi düymədən istifadə etməklə “Open” funksiyasını seçmək tələb olunur. Nəticədə PDF formatında olan fayl ekranda əks olunacaq. Açılan formanın içində əks olunan arayış vətəndaş tərəfindən istifadə edilmiş elektron xidmətin arayışı ilə eyni olmalıdır. İstifadəçilər bu arayışı da çap edə və ya kompüterin yaddaşında saxlaya bilərlər”. 


Qeyd edək ki, sözügedən elektron xidmətdən istifadə qaydaları ilə aşağıdakı video təlimat vasitəsilə də tanış olmaq olar:

 

CAHANGİR






Baxış sayı: 1254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024