12px13px15px17px
Tarix:20/12/13

“Samsung” smartfonlar üçün oyun kontrolleri buraxıb

“Samsung Electronics” şirkəti geymerlərə bütün “Samsung Galaxy” qurğularında oynamağa imkan verən kontroller, simsiz oyun cihazı “Samsung GamePad” və “Mobile Console” əlavəsi yaradıb. Cihazı “Sony PSP” ilə müqayisə etmək olar.

Yeni cihaz 4 düymdən 6,3 düymədək diaqonallı ekrana malik olan qurğularla uyğunlaşır. Yeni cihazı həmçinin HDMİ-kabel və ya "Screen Mirroring” köməyi ilə televizora qoşmaq olar. Simsiz qeympad smartfonlara və planşetlərə “Bluetooth” köməyi ilə qoşulur. Qeympadın bütün əsas funksiyaları “Android 4.3” əməliyyat sistemində işləyən “Samsung Galaxy” qurğusu üçün optimallaşdırılıb, misal üçün, “Samsung Galaxy Note 3”, “Samsung Galaxy S4”, “Samsung Galaxy Note II” və “Samsung Galaxy S III” kimi.
Onlar simsiz geympadla NFC köməyi ilə birləşdirilirlər. Bütün məşhur oyunlara qoşulmaya PLAY düyməsi cavabdehdi.

Qeympaddan istifadə daha maraqlı olsun deyə, “Mobile Console” əlavəsini buraxmaq yetər və istənilən zövqə uyğun oyunlar yükləmək və almaq olar.

Burada “Need for Speed Most Wanted” və “Asphalt 8: Airborne” sürüb ötmə simulyatorları, birinci şəxsdən şuter “Modern Combat 4: Zero Hour”, "Virtua Tennis Challenge”, ekşn “Prince of Persia: The Shadow” və “Flame” idman yarışmaları təqdim edilir. “Mobile Console” konsolunu “Samsung Apps” dükanında və ya “PLAY” düyməsini basmaqla yükləmək olar.
 Hazırda 35 oyun yükləmək olar, gələn il  say artacaq.

Simsiz qeympad Avropada satışa çıxarılıb və yaxın zamanda digər ölkələrdə də təqdim ediləcək. Rusiyada qeympad 2014-cü ilin yanvar ayında 3490 rubl pərakəndə satış qiymətinə satışa buraxılacaq.

Aynur Vəliyeva


 



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024