12px13px15px17px
Tarix:20/12/13

Artıq Azərbaycanın su operatorunun abunəçiləri smart kartları “eManat” terminallarında yükləyə bilərlər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhali və qeyri-əhali qrupu abunəçiləri üçün verilmiş smart kartların daha bir ödəmə köşkündə - “eManat” terminallarında yüklənməsinin tətbiqinə başlanıb.

“Azərsu”dan verilən məlumata görə, ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları “eManat” ödəmə terminallarına inteqrasiya olunub.  Bununla da həmin terminallar tərəfindən “Azərsu” ASC-nin smart-kartlarının oxunması və müvafiq əməliyyatların aparılması təmin edilib.

Ödənişlərin aparılması və smart kartlara balansın yüklənməsi üçün “eManat” ödəniş terminallarının ekranında “Azərsu” bölməsini, sonra “smart-karta yükləmə” panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abunəçiləri üçün müvafiq panellər seçilməlidir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və  smart-kartlara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra ödəmə qəbzi çap olunur.
Növbəti mərhələdə abunəçilər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.

Məlumat üçün bildirək ki, hazırda respublikada 700-yə yaxın “eManat” köşkü fəaliyyət göstərir ki, bunların da 80-i regionlarda quraşdırılıb.

Qeyd edək ki, “Azərsu” ASC-nin abunəçiləri “MilliÖn” ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.

CAHANGİR



Baxış sayı: 1592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024