12px13px15px17px
Tarix:20/12/13

Azərbaycan bazarına “Apple Mac Pro” kompüterləri ancaq sifarişlə təqdim edilir

 “Apple” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Mac.az” şirkəti yerli bazara “Apple Mac Pro” kompüterlərini  ancaq sifarişlə təqdim etmək qərarına gəlib.

Şirkətin baş direktoru Ramin Musayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Apple” şirkətinin bu modelinin çox baha olduğu üçün və daha çox peşəkar istifadə üçün nəzərdə tutulduğu üçün yerli bazara onun kütləvi satışının təşkili rentabel olmaya bilər.

“Lakin biz geniş texniki spesifikasiyalara malik olan bu modeli sifariş ilə bir ay ərzində təqdim edə bilərik, çünki o, müştərinin tələbatlarına uyğun şəkildə konfiqurasiya edilir və eksklüziv qaydada yığılır. Standart model sifariş edildiyi halda biz “Apple Mac Pro”nu 2 həftə ərzində yerli müştərilərimizə  təqdim edə bilərik. Eyni zamanda biz hazırda evdə istifadə üçün nəzərdə tutulmuş “iMac” modellərini təqdim edirik, hansı ki, adi istifadəçilər üçün daha uyğundur”,- deyə o bildirib.

Aynur Vəliyeva



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024