12px13px15px17px
Tarix:20/12/13

Adi mobil telefonlar “microUSB” çıxışı ilə təchiz ediləcək


Avropa İttifaqı ölkələri bütün mobil telefon və smartfonlarla uyğunluq təşkil edən universal enerji toplayan adapterin tətbiqi ilə bağlı ilkin razılığa gəliblər. Qanun qüvvəyə mindikdən sonra istehsalçılar məhsulu yeni standarta uyğun istehsal etməli olacaqlar.    

Aİ-yə üzv ölkələrin 2014-cü ilin martında telefonlar üçün vahid adapterin tətbiqinə səs verəcəkləri gözlənilir. Səsvermənin nəticəsi müsbət olsa, hökumətlərə standartın qanunvericilik səviyyəsində təsdiqinə iki il vaxt veriləcək, “Apple” və ya “Samsung” kimi istehsalçılara isə yeni tələblərə tabe olmaqları üçün daha iki il vaxt ayrılacaq.  

Aİ-nin qanunvericilik orqanları Avropanın elektronika bazarına nəzarəti daha da gücləndirməklə bağlı razılıq əldə ediblər. Xüsusilə, bəzi məhsullar mağazalara tədarük edilməzdən əvvəl ABŞ-da olduğu kimi, icbari qeydiyyatdan keçməlidir.   

Şirkətlərin əksəriyyəti mobil qurğularda öz istehsalları olan “microUSB” çıxışlardan istifadəyə təkid edirlər ki, bu da istehlakçılara mənfi təsir göstərir. Belə ki, bir-birinə uyğun gəlməyən adapterlər çoxlu çətinliklər yaradır. Bundan başqa, bəzi adapterlərin dəyişdirilməsi çox baha başa gəlir. Qanun qüvvəyə mindikdən sonra istənilən mobil telefona kənar istehsalçının alternativ adapterini qoşmaq mümkün olacaq.

Bir neçə il əvvəl “microUSB” interfeysli smartfonlar üçün vahid enerji toplama adapter standartı qəbul edilib, ötən həftə isə müxtəlif növ noutbuklarla uyğunluq təşkil edəcək universal adapterin texniki xüsusiyyətləri təsdiq olunub, - “Vesti www.vesti.ru” yazır.  
 



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024