12px13px15px17px
Tarix:21/12/13

“BlackBerry” ucuz smartfon istehsal edəcək

“BlackBerry” şirkəti Tayvanın müqavilə üzrə işləyən elektronika istehsalçısı “Foxconn” şirkəti ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq sazişinin şərtlərinə görə, “BlackBerry” və “Foxconn” inkişaf etməkdə olan bazarlar üçün birgə ucuz smartfonlar hazırlayacaqlar.

Aparatları Tayvan şirkəti istehsal edəcək. Əməkdaşlıq sazişi beş il müddətinə imzalanıb. İlk partiya 2014-cü ilin əvvəlində tədarük ediləcək. Smartfonlar “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək. “TechCrunch” bloqu şirkətin direktoru Con Çenə istinadən dəqiqləşdirib ki, “BlackBerry” şirkəti təklikdə bahalı aparatların hazırlanması ilə məşğul olacaq.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “BlackBerry”, həmçinin üçüncü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin zərəri 1,2 milyard dollar olub. “BlackBerry” şirkəti son illər bazarda “Apple” və “Android” platforması ilə işləyən aparat istehsalçılarından xeyli geri qalıb. Kanada şirkəti 2013-cü ilin əvvəlində yeni əməliyyat sistemi çıxarmaqla mövqeyini möhkəmləndirməyə çalışıb. 2013-cü ildə “BB10” ilə işləyən dörd smartfon çıxarılıb ki, onlara da tələbat aşağı olub. Şirkətin hesabatına əsasən, üçüncü rübdə 4.3 milyon smartfon satılıb ki, onların yalnız 1.1 milyonu yeni əməliyyat sistemi ilə işləyir. 

Emil Hüseynov




Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024