12px13px15px17px
Tarix:21/12/13

Nazir Şamaxıda vətəndaşlarla görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 21-də Şamaxı rayonunda vətəndaşlarla görüşüb. Nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan rayonlarından gələn 50-ə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Nazir görüşdə vətəndaşların səsləndirdiyi müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə göstəriş və tapşırıqlar verib.


Müraciətlər əsasən yeni salınan kəndlərdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, telekommunikasiya, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.





Baxış sayı: 1708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024