12px13px15px17px
Tarix:23/12/13

“Samsung” Avropaya “4K” televizorların tədarükünə görə “Sony”ni ötüb


2013-cü ilin oktyabrında Cənubi Koreyanın “Samsung” şirkəti Avropa bazarına yüksək təsvir ölçüsünə (UHD) malik televizorların tədarük həcminə görə Yaponiyanın “Sony” korporasiyasını geridə qoyub. Bu barədə “GfK” marketinq agentliyinin son hesabatında deyilir. 

Son illər dünyada televizor istehsalçıları arasında birincilik qazanan Cənubi Koreyanın məişət texnikası istehsalçısı növbəti dəfə yüksək göstərici ilə liderliyi ələ keçirib. Lakin bu liderlik hələ ki oktyabrda Avropada qeydə alınıb. “GfK” mütəxəssislərinin fikrincə, “Samsung” 2013-cü ilin oktyabrında Avropa “4K Ultra HD” televizor bazarının təxminən 50 faizinə (48,3 faiz) sahib çıxıb ki, bu da sentyabr ilə müqayisədə 15 faizlik artım deməkdir.
 
“Samsung”  "UHD” formatlı televizorlarının payının 60 faiz olduğu Böyük Britaniya, İsveçrə və Danimarka bazarında liderdir. Fransa və Almaniya kimi vacib bazarlarda oktyabrda şirkətin payı 40 faiz təşkil edib.
“Samsung”un Avropa “4K TV” bazarında uğur qazanması şirkətin istehsalı olan "Ultra HD” televizorların əvvəlcədən yüksək olan qiymətinin xeyli aşağı salınması ilə əlaqələndirilir, - “IT Expert www.itexpert.org.ua” yazır.   
 
 



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024