12px13px15px17px
Tarix:23/12/13

Məlumatlar 400 Qbit/s sürətlə ötürülüb

 “Huawei Technologies” şirkəti və Polşanın “Exatel” rabitə operatoru “WDM” optik multiplekser texnologiyasına əsaslanan fiber-optik şəbəkə üzərində sınaqlar keçirib. Nəticədə rabitə kanalının keçirtmə qabiliyyətini 400 Qbit/s-dək artırmaq mümkün olub.

“ICTnews” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, adətən “WDM” texnologiyasında paralel məlumatların ötürülməsi üçün bir optik kabeldən istifadə olunur. Lakin “Huawei” şirkəti tərəfindən hazırlanmış bir kabel vasitəsilə ötürməni həyata keçirmək üçün sistemdə səhvlərin korreksiyası metodları, sinxronlaşdırma və başqa texnologiyalar tətbiq edilir. Bu halda sistem üçün yalnız bir optik transiverə ehtiyac olur ki, bu da öz növbəsində enerji sərfiyyatını azaldır və etibarlılığı artırır.

Şirkət hələ ki yeni texnologiyanın sənaye tətbiqi üzrə planlarını açıqlamır.

Emil Hüseynov
 
 



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024