12px13px15px17px
Tarix:24/12/13

Azərbaycanda “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatı keçirilib

Bu gün Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən "Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı"nın təqdimatını keçirib.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu hesabat Media Hüququ İnstitutunun 2005-ci ildən başlayaraq bilgi (informasiya) azadlığı və bilgiyə çatım sahəsində apardığı araşdırma, monitorinq, tövsiyələrin hazırlanması, ictimai mənafelərin müdafiəsi və maariflənməsi işinin davamıdır.

Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində 56%-lə birinci yerdə Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin və Dövlət Neft Fondunun rəsmi saytları olub. Reytinq cədvəlində 2-ci yeri Baş Prokurorluğun (55%), 3-cü yeri isə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytları tutub. Həmin saytların informasiya açıqlığı səviyyəsi 52% olmuşdur.
Hesabat "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb.

"Ön söz", "Tövsiyələr", "Bilgi şəffaflığı qanunvericiliyi", "Monitorinqin metodologiyası", "Onlayn şəffaflıq: ölçülər, ölçülər üzrə müqayisəli göstəricilər", "Onlayn şəffaflıq: dövlət qurumlarının şəffaflıq cədvəli" bölmələrindən ibarət olan hesabatın "Onlayn şəffaflıq: dövlət qurumlarının şəffaflıq cədvəli" bölümündə 67 dövlət qurumunun internet saytlarının monitorinqinin yekunları açıqlanıb. İnternet saytlarının monitorinqi 12 ölçü qutusuna (Qurumlarla bağlı ümumi bilgilər, Qurumun strukturu haqqında bilgilər, Qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, Qurumun öz əsas səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, Qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, Fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, Dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, Kadr təminatı, Büdcə, maliyyə, Bilgiyə çatım rahatlığı, Əlavə parametrlər, Rəsmi saytın mənfi məzmun və funksiyaları) yerləşdirilmiş 184 növ bilgi əsasında aparılıb. Saytlar öncə kəmiyyət parametri üzrə araşdırılıb. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, çatım rahatlığı, gündəmə uyğunluğu qiymətləndirilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024