12px13px15px17px
Tarix:24/12/13

Titan korpusla təchiz edilmiş smartfonlar təqdim edilib

Bahalı telefon istehsalı üzrə ixtisaslaşmış “Gresso” şirkəti titan korpusla təchiz edilmiş və “Android” platforması ilə işləyən “Radical” smartfon seriyasını təqdim edib. “Radical R1” modelinin korpusu aerokosmik sənayesində tətbiq edilən yüksək davamlı titandan işlənib hazırlanıb.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, adı çəkilən smartfonlar əllə yığılır. 999 ədəd “R1” smartfonu buraxılıb və onların qiyməti 1800 dollardır. Aparat əsillik sertifikatı ilə qara dərili qutuda tədarük olunur.

Qiymətinə baxmayaraq “R1”smartfonunun içliyini bahalı adlandırmaq olmaz. Smartfon 960x540 nöqtə təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor, 8 meqapiksellik kamera ilə təchiz edilib və ona “Android 4.1.2” versiyası quraşdırılıb. Daxili yaddaşın həcmi 36 qiqabaytdır. Cihaz iki SİM kart dəstəkləyir. Smartfonun çəkisi 219 qramdır.

Emil Hüseynov



Baxış sayı: 1034

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024