12px13px15px17px
Tarix:25/12/13

2014-cü ildə “selfie bumu”na görə 880 milyard fotoşəkil çəkiləcək

“Yahoo!” şirkətinin proqnozuna görə, 2014-cü ildə istifadəçilər “selfie bumu”na görə 880 milyard fotoşəkil çəkəcək. Planet əhalisinin sayı təxminən 7 milyard təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Oksford lüğəti” tərtibçilərinin versiyasına görə, “selfie (öz-özünün fotoşəklini çəkmə)” 2013-cü ilin sözü olub. 2012-ci illə müqayisədə “selfie” sözündən istifadə 17000% artıb.

"Selfi" sözü ön kameralı smartfonlar, foto xidmətləri və “Instagram”  sayəsində populyarlıq əldə edib. Nəticədə ABŞ prezidenti Barak Obamadan tutmuş, yapon kosmonavtı Akixiko Xosideyə kimi hər bir kəs bu cür fotoşəkillər çəkir.

Emil Hüseynov



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024