12px13px15px17px
Tarix:25/12/13

İT sahəsində qanunvericiliyə sərt senzura tətbiq edilib


“Habrahabr” portalı  İT sahəsində qanunvericilik haqda müzakirələr aparmaq üçün nəzərdə tutulmuş bölməsini bərpa edib.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, bərpadan sonra bölmənin adı artıq “Dura Lex” deyil, “Qanunvericilik və İT-biznes” olacaq.

“Biz İT layihəsi üçün qeyri-müəyyən “Dura Lex” adından imtina edərək, onun yerinə daha aydın ada üstünlük verdik. Buna görə də köhnə-yeni haqda siyasi diskussiyaların aparılmasının yolverilməz olduğu haqda xəbərdarlıq verməyəcək və anında qaydaları pozanları müddətsiz “ReadOnly” rejimini keçirəcək”, - saytın inzibatçısı yazır.

Köhnə-yeni bölmədə, demək olar, hər bir şey qadağandır. Birincisi, “qara siyahı”lar haqda qanunla eksperimentlər – yəni saytın reyestrə salınacağını yoxlamaq üçün provokasiyalı materialları bilərəkdən dərc etmək olmaz. İkincisi, bu və ya digər resursun qadağan edilmiş saytlar reyestrinə salınması haqda postlar yerləşdirmək qadağandır. Üçüncü qadağa, “hentay” yapon qrafikasının dərc edilməsidir. Sonuncu qadağa isə, yeni Rusiya qanunlarının müzakirəsi və Rusiyada həyatla bağlı şikayətlərin yerləşdirilməsidir.

“Yüksək texnologiyalar sənayesi sahəsində biznesin aparılmasına müsbət təsir göstərən qanunvericilik dəyişiklikləri haqda postlarla bölüşmək isə əksinə alqışlanır. Bu arada bu dəyişiklikləri pisləmək olmaz”, - saytın inzibatçısı yazır.

Xatırladaq ki, portalın internetdə qanunvericilik və hüquqa həsr olunmuş ən məşhur bölmələrindən biri olan “Dura Lex” bölümü, istifadəçilərdən birinin saytların sanksiyalaşdırılmamış aksiyalarla bağlı məlumatlara görə saytların bağlanması haqda yazdıqdan sonra dekabrın 15-də bağlanılıb.

Aynur Vəliyeva



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024