12px13px15px17px
Tarix:26/12/13

2014-cü il yanvarın 1-dən etibarən yalnız milli TV proqramları rəqəmli açıq paketlə yayımlanacaq

Respublika ərazisində rəqəmli televiziya yayımına keçidlə əlaqədar efirdə çoxproqramlı TV yayımların test edilməsi məqsədilə Bakı şəhərində və bəzi bir neçə bölgədə açıq rəqəmli paketə milli ümumrespublika TV proqramları ilə yanaşı, bir neçə xarici kanallar da daxil edilib.
 
 
Test işlərinin nəticələrinin uğurla başa çatdığı və ölkə əhalisinin 97%-nin açıq (əsas) paketli rəqəmli TV yayımı ilə əhatə olunduğu nəzərə alınaraq, 2014-cü ilin yanvar ayının 1-dən etibarən rəqəmli əsas (açıq) paketdə Milli Televiziya və Radio Şurasının müvafiq qərarına əsasən Bakı şəhərində və respublika ərazisində yalnız milli TV proqramları (AzTV, Mədəniyyət, İdman Azərbaycan, İTV, Lider TV, ANS TV, Space TV, ATV, Xəzər TV və TRT1) açıq yayımlanacaq. Bakı və Gəncə şəhərlərində digər kanalların yayımının isə bu yayımları həyata keçirən şirkətlərlə vətəndaşların istəyinə uyğun müqavilə bağlamaqla aparılacağının nəzərə alınması xahiş olunur.
 
 
Əlavə məlumat almaq üçün  Bakı şəhəri üzrə - (012) 498-80-66; (012) 996 nömrəli telefonlara, Gəncə şəhəri üzrə isə - (022) 258-45-64; 258-43-88 nömrəli telefonlara müraciət edə bilərsiniz.
 
Respublikanın digər  regionlarında açıq paketdən əlavə kanalların yayımının təşkilinə dair işlər davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim ediləcək.
 
 
 



Baxış sayı: 1462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024