12px13px15px17px
Tarix:28/12/13

Bu il “Google” KİV-də ən çox müzakirə olunan şirkət olub


“Dow Jones” portalı 2013-cü ildə “Google”un KİV-də ən çox müzakirə edilən şirkət olması barədə məlumat verib. Belə ki, beynəlxalq ingilisdilli mətbuat ABŞ şirkətinin adını cari il ərzində 123 769 dəfə qeyd edib.

Ötən il dünya KİV-i tərəfindən diqqətin həcminə görə lider olan “Apple” şirkətinin göstəricisi bu dəfə rəqibinkindən az (120 451) olub. 2012-ci ildə “iPhone” və “iPad” istehsalçısının adı 165 100, “Google”un 114 954 dəfə çəkilib. 2011-ci ildə “Apple”in mətbuatda adı 130 511 dəfə sadalanıb. 2010-cu ildə jurnalistlər ABŞ istehsalçısına nisbətən az diqqət yetiriblər (89 222 dəfə).

“Apple”ın mətbuatda adı daha çox yeni smartfonları və “iOS7” əməliyyat sistemini buraxdığı sentyabrda çəkilib. “Google” üçün ən yaddaqalan ay “Google I/O” konfransının keçirildiyi may ayı olub. Bu tədbirdə pulsuz “Google Play Music All Access” musiqi servisi və həm “Android” sistemli, həm də “Apple” mobil qurğuları üçün nəzərdə tutulan pulsuz “Hangouts” messenceri təqdim olunub.

“Dow Jones”un versiyasına görə, ən çox müzakirə olunan şirkətlər siyahısında üçüncü yerdə “Microsoft” korporasiyası qərarlaşıb. Mətbuatda bu korporasiya barədə bu və ya digər şəkildə 84 174 dəfə yazılıb. Liderlər beşliyinə həmçinin “Boeing” (84 000 dəfə) və “Bank of America” (71 000 dəfə) şirkətləri daxildir.
“Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.      

“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - "DailyComm www.dailycomm.ru” yazır.  





Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024