12px13px15px17px
Tarix:28/12/13

Bu gün "Linux" əməliyyat sisteminin yaradıcısının anadan olduğu gündür

1969-cu il dekabrın 28-də Finlandiyada "Linux" əməliyyat sisteminin (ƏS) yaradıcısı Linus Torvalds anadan olub. 12 yaşında proqramlaşdırma ilə maraqlanmağa başlayıb: belə ki, o zaman babası onu riyazi hesablamalar üçün nəzərdə tutulmuş kompüterlə tanış etmişdi. Bundan sonra Torvalds jurnallar oxumağa, öz proqramlarını yaratmağı öyrənməyə başladı. Daha sonra o, Helsinki Universitetinin informatika fakültəsinə daxil olur.

Günlərin bir günü əlinə düşən kitabda kompüter sistemləri tərtibatçısı Endrü Tanenbaum "Minix" ƏS-ni yazmaq haqqında danışırdı. Torvalds kitabda bir neçə çatışmazlıq aşkar edir və bu barədə "Minix" yaradıcılarına bildirərək öz sistemini yaratmaq qərarına gəlir.

1991-ci il sentyabrın 17-də Torvalds "Linux" ƏS-nin mənbə kodunu internetdə yerləşdirmişdi. Endrü Tanenbaumun sistem haqqında mənfi rəy verməsinə baxmayaraq, o, böyük marağa səbəb oldu və sürətlə populyarlaşdı.

2003-cü ildən etibarən Torvalds hazırda " The Linux Foundation" adlanan "Open Source Development Labs" qeyri-kommersiya təşkilatında çalışır.
 
Emil Hüseynov



Baxış sayı: 450

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib