12px13px15px17px
Tarix:28/12/13

Enerjiyə qənaətlə bağlı yeni nəticələr əldə edilib

AMEA Radiasiya Problemləri İnstitutu enerjiyə qənaət edən və tullantı qazlarını azaldan yeni enerji mənbələrinin tətbiqinə imkan verən araşdırmalar istiqamətində mühüm nəticələr əldə edib.
 
Tədqiqatlar “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qrant almış “Neft kəmərləri obyektlərində enerji effektivliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi üçün alternativ enerji mənbələrinin tətbiqi imkanlarının araşdırılması” layihəsi çərçivəsində aparılır.
 
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutundan bildirilib ki, müddəti 18 ay olan layihənin məqsədi neft kəmərləri obyektlərində enerji effektivliyinin artırılması və enerjidən qənaətlə istifadədir.
 
Dəyəri 60 min manat olan layihənin reallaşdırılması və təcrübə mübadiləsi aparmaq üçün İ.Mustafayev 2014-cü ilin yayında Amerika Birləşmiş Ştatlarına ezam ediləcək. Səfər zamanı professor Texasın Austin şəhərində Enerji Tədqiqatları İnstitutu və Floridanın Mayami şəhərində Təmiz Enerjilər İnstitutunda olacaq.
 
Layihə nəticəsində neft kəmərləri obyektlərində atmosferə təsir etmədən və üzvi yanacağa ehtiyac olmadan günəş çeviricilərindən istifadə edilməsi üzrə elmi əsaslandırılmış tövsiyələr hazırlanacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.

30 05 2020