12px13px15px17px
Tarix:28/12/13

Ünvan Reyestri İnformasiya Sistemi “Elektron hökumət”in tələblərini yerinə yetirəcək

Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron Hökumət”in tələblərini yerinə yetirəcək və “Elektron Hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaq.

Bu fikir ünvan reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarixli Fərmanının icrası məqsədi ilə digәr dövlәt orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasına dair Əmlak Məsələləri Dövlət Komitəsində keçirilən tədbirdə səsləndirilib.

Həmçinin bildirilib ki, bu məqsədlə ölkəmizdə mövcud olan ünvan sistemi təhlil edilib, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə giriş konsepsiyası əsasında Ünvan Reyestri İnformasiya Sistemi hazırlanıb: “Avropanın Milli Məkan Məlumatlar İnfrastrukturu ilə bağlı qəbul olunmuş Direktivlərin tələblərini ödəyən Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir. Daşınmaz əmlakın malik olduğu ünvan məlumatları ilə yanaşı, onun coğrafi məlumatlarını da özündə saxlayan Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında ünvan məlumatlarının yeganə rəsmi mənbəyidir”.

Bundan əlavə qeyd edilib ki, yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq, ünvanların axtarış sistemini sadələşdirəcək. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri qaydaya salınacaq. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, poçt xidməti, fövqəladə hallar və sair xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Eləcə də əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.

CAHANGİR
 



Baxış sayı: 465

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto







01 Fevral 2015

31 01 2015

31/01/15
Yaponiya şirkəti Çində televizor istehsalını dayandırır

Yaponiyanın “Panasonic” şirkəti Çində yerləşən zavodunda televizor istehsalının dayandırılması barədə qərar qəbul edib. Bu barədə y

31/01/15
“Alibaba” təsisçisi Çinin ən varlı adamı statusundan məhrum olub

“Alibaba” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Manının var-dövləti şirkətin səhmlərinin dəyəri aşağı dü

31/01/15
“Ağıllı” qəhvə masası

Kompüterləşdirilmiş sensor masaların istehsalı sahəsində etibar qazanmış “Ideum” şirkəti daha bir yeni məhsulunu təqdim edib –

31/01/15
Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı 50 dəfə artıb

Hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 elektr

31/01/15
“Apple” şirkətinin səhmləri rekorda imza atıb

Yanvarın 30-da “Nasdaq” birjasında “Apple” şirkətinin səhmlərinin qiyməti növbəti rekorda imza ataraq 120 dollar olub.

31/01/15
2014-cü ildə “Android” smartfonlarının tədarükü 1 milyardı ötüb

“Strategy Analytics” şirkətinin mütəxəssisləri mobil platforma bazarı haqda tədqiqat təqdim ediblər.

31/01/15
Cari il ərzində də elektron səhiyyə üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur

İnformasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmas

31/01/15
Bakı Metropoliteni maliyyə mühasibat sistemini avtomatlaşdırıb

“ULTRA Tecnologies” şirkəti Bakı Metropolitenində maliyyə mühasibat sistemini 1C 83. əsasında avtomatlaşdırıb.
 

31/01/15
Kərəm Həsənov: “Komitənin fəaliyyətində mərkəz xətt informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək olub”

2014-cü ildə komitənin fəaliyyətində mərkəz xətt informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha