12px13px15px17px
Tarix:29/12/13

Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 20 mini ötüb


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı artmağa davam edir.

“ICTnews” elektron xəbər xidməti “Whois.az” saytına istinadən xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş  domenlərin sayı 20 mini ötüb.

Domenlərin böyük əksəriyyəti (19335) “.az” domeninin payına düşür. Həmçinin 788 ədəd “.com.az” domeni qeydiyyatdan keçib.
Sonrakı yerlər aşağıdakı kimidir:
  1. “.pro.az”      1
  2. “.name.az”            4
  3. “.biz.az”  12
  4. “.info.az” 31
  5. “.co.az”  51
  6. “.pp.az    39
  7. “.int.az”  42
  8. “.net.az” 64
  9. “.org.az” 113
  10. “.edu.az” 183
“.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024