12px13px15px17px
Tarix:29/12/13

Fransada interaktiv mobil internet keyfiyyəti xəritəsi yaradılıb


Fransada hazırlanmasında 15 mindən çox insanın iştirak etdiyi interaktiv mobil rabitə keyfiyyəti xəritəsi istifadəyə verilib. İndi bütün abunəçilər telefon üçün xüsusi əlavəni yükləməklə yaşadıqları regionda hansı mobil rabitə operatorunun məlumatların ötürülmə sürəti baxımından daha sərfəli xidmət təqdim etdiyini öyrənə bilər.     

Proqram Fransa Federal İstehlakçılar İttifaqı Assosiasiyası tərəfindən təsis edilib. Son bir neçə ay ərzində bu təşkilat Fransada mobil xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi ilə məşğul olub.
Məsələ ondadır ki, 2011-ci ilin oktyabrında məlumatları saniyədə 100 Mbit-dən 1 Qbit-dək sürətlə ötürməyə imkan verən dördüncü nəsil mobil rabitəsi (4G) Fransanın Qərb hissəsində və Brest liman şəhərində sınaq rejimində istismara verilib. Layihə inkişafına 3 milyon avro ayıran Fransa hökuməti tərəfindən həyata keçirilib. Ötən ilin əvvəlində Fransa hakimiyyəti operatorlara “4G” şəbəkəsi tezliklərini satmağa başlayıb, dördüncü nəsil rabitəsinin kommersiya məqsədilə istifadəsi isə 2012-ci ilin yayında mümkün olub.

Lakin praktikada sürət siqnalın ötürülməsi və ya şəbəkənin çox yüklənməsi ilə əlaqədar reklam bukletlərində göstəriləndən aşağı olub. Bununla əlaqədar olaraq istifadəçilərin məlumatların real mobil ötürülmə sürətini öyrənmək və bunu nəzərə alaraq operator seçmək imkanına malik olmaları üçün interaktiv xəritə yaradılıb. Proqram telefonun harada olmasını, operator tipini, məlumatlar mübadiləsinin göstərilən və real sürətini müstəqil şəkildə müəyyən edəcək və bu məlumatları İstehlakçılar İttifaqına ötürəcək.  

Əlavədən hazırda yalnız “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlana bilər. Artıq 15 mindən çox istifadəçi bu imkandan istifadə edib. İstifadəçilər istifadə olunan mobil şəbəkələrin parametrləri barədə assosiasiyaya ümumilikdə 2,5 milyon məlumat ötürüblər.

Hazırda interaktiv xəritəyə Fransanın 16 min şəhərində məlumatların mobil ötürülmə keyfiyyəti haqqında informasiya daxil edilib, - “İTAR-TASS www.itar-tass.com” yazır.
 



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024