12px13px15px17px
Tarix:07/01/14

Qlobal şəbəkədə saytların sayı 861 milyonu ötüb

“Netcraft” analitik şirkətinin məlumatlarına əsasən, yanvarın 1-nə   internetdə 861379152 sayt və şəxsi bloq fəaliyyət göstərib ki, bu  da ötən ayla müqayisədə 355935 resurs daha çoxdur.

Adı çəkilən şirkətin hesabatına əsasən, 2013-cü il mühüm dəyişikliklər baş verib: internet saytların sayı 33% artıb və Edvard Snoudenin ifşaedici açıqlamaları fonunda  trafikin şifrlənməsi problemi, həmçinin “Microsoft IIS” serverinin bazar payı 30%-dək, “Apache” serverində isə 14% azalma müşahidə olunub, halbuki “Nginx” və ixtisaslaşdırılmış “bulud” serverlərində artım qeydə alınıb. Bir ildə “Nginx” serverinin bazar payı təxminən 16% artıb və hazırda o, “IIS” serverindən cüzi geri qalır.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, qlobal şəbəkənin strukturuna daxil olan saytların ümumi sayı xeyli artıb: 2013-cü ilin əvvəlində onların sayı təxminən 630 milyon olub, halbuki hazırda 861 milyonu (+37%) ötür.

2013-cü ilin ikinci yarısında (Edvard Snoudenin ifşaedici açıqlamaları ilə eyni anda) SSL trafikin şifrlənməsi texnologiyasının populyarlığı yüksək pik nöqtəsinə çatıb: şəbəkədə ən çox ziyarət olunan milyon saytın 48%-i SSL protokolunu dəstəkləyir.

Bütün bunlara baxmayaraq, “Apache” veb-serveri analoqları arasında daha populyardır və bir ildə onun bazar payı 200 milyon sayt artıb.

 Emil Hüseynov



Baxış sayı: 320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib