12px13px15px17px
Tarix:07/01/14

Azərbaycanda daxil olan trafikin orta sürəti 5.18 Mbit/s olub

“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 5.18 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.82 Mbit/saniyə olub.

Bakı üzrə bu göstərici 5.85 Mbit/s, Sumqayıt üzrə isə 3.52 Mbit/s təşkil edir.

Nəticələr şirkətin 2013-cü il dekabrın 7-dən yanvarın 5-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 369500 unikal IP ünvanı seçilib.

Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 8 pillə geriləyərək 111-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (69.25 Mbit/s), Sinqapur (59.36 Mbit/s) və Rumıniya (54.94 Mbit/s)  qərarlaşıb.

Xaric olan trafikin orta sürəti 2.82 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 17 pillə irəliləyərək 92-ci yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 3.25 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (57.61 Mbit/s), Sinqapur (44.55 Mbit/s) və Cənubi Koreya (42.03 Mbit/s) yer alıb.

Emil Hüseynov
 
 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024