12px13px15px17px
Tarix:07/01/14

“Sharp” eynək tələb etməyən “8K” formatlı “3D”-televizor nümayiş etdirib

 “Sharp” şirkəti artıq uzun illərdir “8К” təsvir ölçüsünə malik (7680х4320 piksel) maye-kristal displeylər nümayiş etdirir. Məsələn, bu formatlı 85 düym diaqonallı panel “CES 2012” sərgisində nümayiş olunub.   
Bu dəfə isə “Sharp” Las-Veqasda keçirilən "CES 2014” sərgisində seyr etmək üçün eynək tələb etməyən üçölçülü təsvirə malik (3D) dünyanın ilk “8K” standartlı 85 düymlü displeyini təqdim edib.
  
Hazırda qurğunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməsə də, panelin "Philips” və “Dolby” sirkətlərinin dəstəyi ilə yaradılması qeyd edilir. Bu səbəbdən televizorun yüksəkkeyfiyyətli audiosistemlə təchiz edilməsini güman etmək olar.  

İstənilən halda “8K” formatlı televizorlar kütləvi satışa tezliklə çıxarılmayacaq. Belə ki, hazırda istehsalçılar 3840x2160 piksel təsvir ölçüsünü təmin edən “4K” standartına (Ultra HD) tədricən keçməyə hazırlaşırlar. Bazar iştirakçılarının qiymətləndirməsinə görə, cari ildə “Ultra HD” formatlı televizorların tədarük həcmi 15-20 milyon ədəd təşkil etməklə bütün formatlı maye-kristal televizor panellərinin satış həcminin 10 faizini ötməyəcək.  

Qeyd edək ki, “Sharp” şirkəti “CES 2014” sərgisində həmçinin IGZO-displeylər sahəsinin (indium, qallium və sink oksidi) ən yeni məhsullarını da nümayiş etdirir. Bu texnologiya sayəsində böyük baxış bucağı və gözəl rəng ötürücülüyü təmin edilir, - "3DNews www.3dnews.ru” yazır.   
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024