12px13px15px17px
Tarix:07/01/14

“Hesab.az” portalında onlayn xidmətləri təqdim edilən bankların sayı artıb

“Hesab.az” portalının istifadəçilərinin kreditləri sifariş edə biləcəkləri bankların sayı artmağa davam edir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq istifadəçilər portalın “Bank və Lizinq” bölməsinə daxil olaraq, “AtaBank”, “Flexi Credi”, “Unibank”, “AGBank”, “Turan Bank”, “Nikoyl Bank”, “Bank of Baku” banklarına kredit üçün müraciət edə bilərlər.

“Hesab.az” portalında sadə qeydiyyat prosedurunu keçdikdən sonra hər bir istifadəçi istədiyi zaman bir sıra bank xidmətlərindən onlayn yararlana bilər. İlk mərhələdə bu xidmətlər istehlak, o cümlədən avtomobil və ipoteka kreditlərinin onlayn ödənilməsindən ibarətdir. Bunun üçün yalnız istifadə müddəti bitməyən və balansında kifayət qədər vəsaiti olan bank kartı lazımdır.

Ödənişlərin təhlükəsizliyi “Hesab.az” portalında apardığınız əməliyyatlar zamanı bankla əlaqə müasir şifrlənmə texnologiyaları vasitəsilə yaradılır.

Fərdi onlayn-bankçılıq sistemi portalda qeydiyyatdan keçən bütün istifadəçilər üçün açıqdır.

Aynur Vəliyeva



Baxış sayı: 757

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024