12px13px15px17px
Tarix:08/01/14

“Samsung” 12,2 düymlük “Galaxy Note Pro” planşetini təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən “Galaxy Note Pro” planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının “TabPRO 12.2” modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.     

Kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli “Exynos 5 Octa” (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır.  

“Galaxy Note Pro” modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, “Action Memo” funksiyaları ilə yanaşı, “S-Pen” stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu “S Finder” batareyası və “Android 4.4 KitKat” əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar.   

“Samsung Galaxy Note Pro 12.2”-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, “Galaxy Note Pro 12.2” ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan “TabPRO 12.2” planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq.

“Samsung Galaxy Note Pro 12.2”-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet “Android 4.4 KitKat” əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib, - "3DNews www.3dnews.ru” yazır.    



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024