12px13px15px17px
Tarix:09/01/14

“Startup Azerbaijan” növbəti müsabiqəni mart ayında elan etmək niyyətindədir


“Startup Azerbaijan” layihəsi çərçivəsində növbəti startup müsabiqəsinin mart ayında elan ediləcəyi gözlənilir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, mart ayından başlayaraq startupçılar üçün müxtəlif tədbirlərin keçirilməsi gözlənilir.
“Startup Azerbaijan” çərçivəsində növbəti startup müsabiqəsinin, startupçılar üçün təlimlərin, investorlarla görüşlərin, startup görüşlərinin keçirilməsi və ümumiyyətlə, İKT sektorunda investisiya mühitinin yaxşılaşdırılmasına yönələn növbəti tədbirlərin cari ilin mart – iyun ayları arasında keçirilməsi nəzərdə tutulub”, - deyə o bildirib.

O. Gündüzün sözlərinə əsasən, startupçılar bu istiqamətdə arzu və təkliflərini info@startup.az, https://www.facebook.com/startupazerbaijan, https://twitter.com/startupaze əlaqə vasitələri ilə Təşkilat komitəsinə  göndərə bilərlər.

Aynur Vəliyeva



Baxış sayı: 937

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024