12px13px15px17px
Tarix:10/01/14

Azərbaycan Prezidenti İlham Əliyev : "Keçən il bütövlükdə İKT sahəsinə böyük diqqət verilib"

 
"2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdik. Birinci Azərbaycan peyki "Azərspace-1" fəzaya qaldırılıb. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.
 
Burada digər sahələrlə bağlı məlumat verildi. Kosmik sənayenin inkişafı ilə bağlı. Birinci peykin orbitə çıxarılması, qeyd etdiyim kimi, böyük tarixi məsələdir. Ancaq ikinci, üçüncü peyklərin də hazırlanması ilə bağlı bu il konkret addımlar atılmalıdır. Yəqin ki, tender prosedurları açılmalıdır. Bizimlə əməkdaşlıq etmək istəyən şirkətlərin sayı kifayət qədər çoxdur. Ona görə, Azərbaycanda kosmik sənaye inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti üçün konkret addımlar atılmalıdır.
 
Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilib. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir".
 
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən.
 



Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024