12px13px15px17px
Tarix:10/01/14

Təhsil müəssisələrinə oturaq həyat tərzinin fəsadlarını əks etdirən disklər paylanmaqdadır (VİDEO)

Təhsil Nazirliyinin sifarişi ilə "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib. Nazirlikdən bildirilib ki, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.
 
 Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib.
 
 
Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda, Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.


 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 977

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024