12px13px15px17px
Tarix:10/01/14

“LG” şirkəti “OLED” televizorların çeşidini genişləndirəcək

 “LG” şirkəti “OLED” (üzvi işıq diodlu) texnologiyalı televizorların çeşidini genişləndirəcəyini açıqlayıb. Belə ki, “CES 2014” beynəlxalq sərgisi çərçivəsində keçirilən mətbuat konfransında Cənubi Koreya şirkəti cari ildə bu növ modellərin sayının 5-dək artırılacağı barədə məlumat verib.

İstehsalı planlaşdırılan qurğular arasında adi və bükük formaya malik 65-77 düym ekranlı televizorlar yer alıb. Bundan başqa, “LG” yüksək təsvir ölçüsünü dəstəkləyən (UHD və ya 4K) 77 düymlü “OLED” televizor təqdim edib. Bu modelin iyunda satışa çıxarılması nəzərdə tutulur, qiymət barədə hələlik məlumat verilmir.  

Bununla yanaşı, “LG”-nin bu il beş ədəd plazma model buraxmağa hazırlaşması mütəxəssislərin diqqətini cəlb edib. Qeyd edək ki, bir sıra istehsalçılar, o cümlədən “Panasonic” şirkəti belə qurğuların istehsalını dayandırıb.   

Şirkətin sərgi stendlərində digər Cənubi Koreya istehsalçısı “Samsung” ilə yanaşı, 105 düymlü 5120 x 2160 piksel təsvir ölçüsünə malik iri maye-kristal televizorlar nümayiş olunub,- “DailyComm www.dailycomm.ru” yazır.



Baxış sayı: 778

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024