12px13px15px17px
Tarix:10/01/14

Azərbaycanda “İPv6” standartını dəstəkləyən platforma əsasında işləyən provayder yaradılacaq


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.

BTRİB-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bu istiqamətdə işlər artıq başlanıb.

“Biz artıq layihənin texniki iqtisadi əsaslarının üzərində işə başlamışıq. Layihənin məqsədi artıq mövcud dövlət internet provayderi “Bakinternet”in üzərinə düşən trafik yükünü bölərək onun bir hissəsini “Bakintenet II” provayderinə ötürməkdir. Hazırda “Bakinternet”in şəbəkəsində 140 min istifadəçi var. Əsas məqsəd isə ölkədə artıq tükənən “İPv4” internet ünvanlarının yeni və daha geniş imkanlara malik olan alternativini “İPv6” internet ünvanları təqdim edəcək platformanı yaratmaqdır və qlobal “İPv6” standartına keçidə hazırlaşmaqdır”,-  deyə BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirov bildirib.
Onun sözlərinə əsasən, artıq bununla bağlı təklif hazırlanır və ən yaxşı halda bu ilin birinci yarımilliyinin sonuna kimi layihə reallaşacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024