12px13px15px17px
Tarix:10/01/14

Şirkətlərin təxminən 50%-i İT təhlükəsizlik xərclərini artırmağa hazırlaşır

“Forrester Research” analitikləri deyiblər ki, əksər dünya şirkətləri günbəgün güclənən haker hücumlarından qorunmaq üçün öz informasiya təhlükəsizliyinin təkmilləşdirilməsinə aktiv sərmayə yatırır.
 
Analitiklər kompüter təhlükəsizliyi sahəsində 2000-dən çox mütəxəssis arasında sorğu keçiriblər. Rəyi soruşulanların 46%-i 2014-cü ildə korporativ şəbəkədə məlumatların mühafizəsinə büdcə artımını gözləyirlər. Ötən il bu xərclər müəssisələrin təhlükəsizliyinə ümumi xərclərin təxminən 21%-ni təşkil edib.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, sorğu məlumatlarına əsasən, yaxın 1 ildə şirkətlərin 35%-i öz simsiz şəbəkələrinin təhlükəsizliyinin təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Respondentlərin 32%-i yeni nəsil fayervol almaq planları haqqında bölüşüblər, 29%-i isə zərərli proqram təminatının aşkar edilməsi üzrə ən müasir üsullara fokuslanmaq niyyətindədir. İştirakçıların 63%-i isə  təhdidlərə monitorinq sistemlərini təkmilləşdirməyə hazırlaşırlar.
 
Bank sektorunun nümayəndələri şəbəkə təhlükəsizliyində maraqlıdırlar. Burada informasiya texnologiyalarına sərf olunan xərclər 2014-cü ildə 4,2% artacaq və 430 milyard dollar təşkil edəcək. “IDC” analitiklərinin proqnozuna əsasən, 2020-ci ilə bu investisiyaların həcmi 500 milyard dolları ötəcək.

Emil Hüseynov
 



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024