12px13px15px17px
Tarix:13/01/14

“Microsoft”un “Twitter” hesabları “sındırılıb”

“Mashable” xəbər saytının yaydığı məlumata əsasən, "Suriya elektron ordusu"(SEO)  hakerləri “Microsoft” şirkətinin rəsmi hesablarından birinə müdaxilə ediblər.

Nəşrin məlumatına əsasən, “Microsoft” şirkətinin “The Microsoft News” xəbər hesabına haker hücumu təxminən saat 14:30 radələrində olub. Hakerlər “Microsoft”un poçt klientlərindən istifadədən imtina etməyə səsləyib və “SEO” hesabı vasitəsilə tviti repost ediblər. “Microsoft” korporasiyasının poçt xidmətlərindən (Hotmail, Outlook) istifadə etməyin. Onlar sizin hesablarınızı monitorinq edir və məlumatlarınızı hökumət orqanlarına ötürür" – tvitdə yazılıb.

“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, nəşr yazır ki, "Suriya elektron ordusu" nümayəndələri, həmçinin şənbə günü proqram nəhənginin “Xbox” oyun konsolunun texniki dəstək hesabına müdaxilə ediblər.

Şirkət hücum faktını təsdiqləyib və deyib ki, istifadəçilərin məlumatlarına müdaxilə mümkün olmayıb. "Şirkətin nümayəndələri haker hücumundan xəbərdardır. Artıq hesablar bərpa edilib" – “Microsoft”un nümayəndəsi sözügedən nəşrə deyib.

“Microsoft” təsadüfən hakerlərin hədəfinə çevrilməyib. Belə ki, Edvard Snoudenlə bağlı qalmaqal zamanı məlum olub ki, ABŞ korporasiyası Milli Təhlükəsizlik Agentliyinin (MTA) “Outlook” poçt xidmətinin məktub və çatına giriş alması üçün ona imkan yaradıb. Şirkət isə məlumatların MTA-ya ötürülməsini inkar edib.

Emil Hüseynov



Baxış sayı: 1030

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024