12px13px15px17px
Tarix:13/01/14

Azərbaycanda “Vikipediya” ilə bağlı daha bir layihəyə start verilir


“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi “Vikipediya Azərbaycan”ın tərəfdaşlığı ilə  “WikiDays” layihəsinə start verir. “İRƏLİ” İctimai Birliyindən verilən məlumata görə, layihə çərçivəsində “Vikipediya” barədə məlumat, məqalələrin yaradılması və redaktə edilməsi təlimatları, viki-məqalənin qorunması, vikimedia fondu, “Vikipediya”da təbliğat aparılmasının prinsipləri və digər mövzularda peşəkar təlimçilər tərəfindən təlimlər və seminarlar keçiriləcək.
 
Layihənin keçirilməsində məqsəd “Vikipediya”dan düzgün istifadə üzrə gənclərin maarifləndirilməsi, qlobal “Vikipediya”larda Azərbaycan maraqlarının qorunması, Azərbaycana aid məlumatların təhriflərə məruz qalmasının, dezinformasiyanın qarşısını almaqdan ibarətdir.
 
Qeyd edək ki, layihə 1 ay müddətində davam edəcək, iştirak etmək istəyən şəxslər yanvarın 20-dək “www.ireli.az” saytında onlayn ərizə formasını dolduraraq müraciət edə bilər.
 
CAHANGİR



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024