12px13px15px17px
Tarix:13/01/14

50 dollarlıq smartfon təqdim olunub

Çinin mobil elektronika istehsalçısı “JiaYu” şirkəti 50 dollarlıq “F1” adlı smartfonunu təqdim etməyə hazırlaşır. İstehsalçı bu məbləğə alıcılara zəif də olsa, işlək smartfon təklif etməyə hazırlaşır.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “JiaYu F1” smartfonu 800x480 piksel təsvir ölçülü 4 düymlük ekran,  “MediaTek MT6572” platformasına əsaslanan 1,3 QHs takt tezlikli ikinüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaşla təchiz ediləcək. Aparat, həmçinin 5 və 0,3 meqapiksellik kamera və 2400 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. “JiaYu F1” smartfonu “Android 4.2” platforması ilə işləyəcək.
 
İstehsalçı 50 dollarlıq smartfonun satışa çıxarılma tarixini bir qədər sonra açıqlayacaq.
 
Emil Hüseynov



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024