12px13px15px17px
Tarix:13/01/14

Hindistan Seçki Komissiyası “Google”un xidmətlərindən imtina edib


“Google” internet şirkəti Hindistanda maraqlı sazişdən məhrum olub. Belə ki, Hindistan Seçki Komissiyası bundan sonra “Google”un internetdə istifadəçilər tərəfindən seçkilərlə bağlı məlumatların axtarılması üçün nəzərdə tutulan proqram təminatından istifadə etməyəcəyini açıqlayıb. İnternet nəhəngi seçki komissiyası ilə danışıqların dayandırılması faktını təsdiqləyib.   

“Təəssüf ki, bizim Hindistan Seçki Komissiyası ilə istifadəçilərin seçkilərlə bağlı açıq istifadədə olan informasiyalarla təmin edilməsi üsulunda dəyişikliklərin edilməsinə dair müzakirələrimiz uğursuz olub. Buna baxmayaraq “Google” bundan sonra da vətəndaş məlumatlarından hamının istifadə etməsi və faydalı olması üçün alət və resursları inkişaf etdirəcək”, - “Google”un bəyanatında deyilir.  
İnternet şirkəti Hindistan Seçki Komissiyası ilə 2014-cü ildə pulsuz proqram təminatından istifadə ilə danışıqları son bir neçə həftə ərzində aparıb.

Hazırda “Google” bu proqram təminatı üzrə Filippin, Misir, Meksika və Keniya hökumətləri ilə sazişə malikdir.

Qeyd etmək lazımdır ki, seçki komissiyası “Google” ilə əməkdaşlıqdan imtina etməsinin səbəblərini izah etməyib. Bunun ABŞ xüsusi xidmət orqanlarının müxtəlif ölkələrdə vətəndaşlar haqqında məlumatların toplanılması ilə bağlı fəaliyyətinin ifşa olunması ilə əlaqədar edildiyi şübhə doğurmur.  

“The Times of India” nəşrinin məlumatına görə, Hindistanın siyasi partiyaları, o cümlədən hakim Milli Konqres Partiyası və müxalif Bxaratiya Canata Partiyası “Google” ilə mümkün əməkdaşlıqdan narahatlıqlarını bildiriblər. Onların fikrincə, Hindistan vətəndaşları haqqında məlumatlardan birgə istifadə ölkənin təhlükəsizliyi üçün təhdid yarada bilər, - "3DNews www.3dnews.ru” yazır.  



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024