12px13px15px17px
Tarix:15/01/14

İstifadəçilərin 70 faizindən çoxu biznes planşetini ofis proqramının olmasına görə seçir

“Microsoft” korporasiyası tərəfindən keçirilən sorğuya əsasən, həm fərdi, həm də biznes istifadəçiləri arasında rəyi soruşulanların 70 faizindən çoxu iş üçün planşet kompüterin seçilməsində tam ofis proqramlarının olmasını mühüm amil hesab edir.   

Min potensial planşet alıcısının təxminən 75 faizi ofis proqramlarını iş üçün planşetin vacib funksiyası adlandırıb, 300 biznes istifadəçisinin 72 faizi oxşar cavab verib. Qeyd edək ki, “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet istifadəçiləri “Microsoft Office” paketini ödənişli əsasda quraşdıra bilirlər. “Apple” şirkəti “Microsoft” korporasiyası ilə rəqabəti gücləndirərək “iWork” ofis proqramını yeni “iPhone”, “iPad” və “Mac” alıcıları üçün pulsuz edib. Öz növbəsində “Google” şirkətinin “Android” əməliyyat sistemi üçün ofis proqramları “bulud” texnologiyalı olsa da, istifadəçi sənədlərlə işləmək üçün kənar istehsalçıların oflayn proqram təminatını yükləyə bilər.  
 
Bununla yanaşı, 47 faiz fərdi, 70 faiz biznes istifadəçisi çoxfunksiyalılığı prinsipial funksiya hesab edir. “Windows” sistemli planşetlər və bir sıra “Android” sistemli qurğular (Məsələn, Samsung Galaxy Note 10.1 2014 Edition) bir neçə əlavə ilə eyni anda iş üçün planşet ekranını zonalara bölmək imkanına malikdir, lakin “iPad” planşetləri belə funksiyadan məhrumdur. 

46 faiz potensial alıcı və biznes sahəsinin 68 faiz respondenti periferiyalı qurğuların qoşulması imkanını vacib sayır. Sorğu iştirakçılarının təxminən yarısı qurğuların sinxronlaşdırılması (fərdi kompüter, smartfon və planşetlər), 40 faizi bir neçə qeydiyyat kitabçasının yaradılması imkanına tələbatın olmasını qeyd edib. Bundan başqa, biznes istifadəçiləri ayrıca vurğulayıblar ki, qurğular korporativ şəbəkəyə inteqrasiya imkanına malik olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, respondentlərin məhdud sayda faktlardan seçim imkanı olsa da, onlar erqonomika və dizayn kimi amilləri seçmək imkanından məhrum olub, - "Digit www.digit.ru” yazır. 



Baxış sayı: 929

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024